Bakı 13˚C Mostly sunny

Azərbaycan nefti kəskin ucuzlaşıb

Biznes 11:46 27 noy, 2021

 Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 26-da 73,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 8,91 dollar/barel azdır

Azərbaycan nefti kəskin ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 26-da 73,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 8,91 dollar/barel azdır.

Qazet.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 8,86 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 8,88 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 73,27 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 8,99 dollar/barel azdır.