Bakı 13˚C Sunny

Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb

Biznes 12:58 04 dek, 2021

 "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,38 ABŞ dollar, yaxud 1,93 % artıb

Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,38 ABŞ dolları, yaxud 1,93 % artıb.

Qazet.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 72,76 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.