Bakı 11˚C Sunny

Azərbaycan otellərin “əl yandıran” Yeni il qiymətləri nədən asılıdır? - AÇIQLAMA

Gündəm 18:45 14 dek, 2021

Dövlət Turizm Agentliyinin mətbuat katibi açıqlamasında bildirdi ki, ölkədəki otellərdə qiymət artımı mövsümüdür

Azərbaycan otellərin “əl yandıran” Yeni il qiymətləri nədən asılıdır? - <span style="color:red">AÇIQLAMA</span>

Əslində, 2019-cu il ilə müqayisə edəndən Azərbaycanda otellərin qiymətləri düşüb. Misal üçün deyə bilərəm ki, qeyri-mövsümü dövrdə “Şahdağ” turizm kompleksi qiymətləri turistlər üçün 40% aşağı salmışdı. Habelə paytaxtda yerləşən otellərin qiyməti də aşağı düşüb. Çünki Bakı otelləri daha çox gəlmə turizimdən asılıdır. Regionlardakı otellər isə mövsümdən asılı olaraq qiymət tənzimlənməsi edir. Yeni il şənlikləri ərəfəsində isə bu qiymət artımı nəinki Azərbaycanda, bütün dünya ölkələrində müşahidə olunur. 

Bu sözləri Qazet.az-a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

“Azərbaycanda ucuz və bahalı otellər var. Qiymətlər göstərilən xidmətə görə formalaşdırılır. Qiymətlərin artırılması bazara görə təyin edilir və bu da tələb-təklif nəticəsində formalaşır. Dövlət tərəfindən qiymətlərin formalaşmasına birbaşa müdaxilə olunmur. Dövlət tərəfindən bu sektorda şərait yaradılır ki, daha çox otellər, əsasən də regionlarda fəaliyyətə başlasın. Bunun nəticəsində rəqabət artır, bu da qiymətlərə öz növbəsində təsirini göstərir” - deyə Kənan Quluzadə açıqlamasında bildirib.

 

Dönməz Hüseyin