Bakı 21˚C Mostly sunny

Azərbaycan qətldə təqsirləndirilən gənci beynəlxalq axtarışa verdi

Hadisə 20:04 28 yan, 2022

Bu barədə məlumat İnterpolun saytında yerləşdirilib

Azərbaycan qətldə təqsirləndirilən gənci beynəlxalq axtarışa verdi

Azərbaycan hüquq-mühafizə orqanları qətl törətməkdə təqsirləndirilən şəxsi beynəlxalq axtarışa verib.

Qazet.az xəbər verir ki, bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.

Bildirilib ki, 2002-ci il təvəllüdlü Nurlan Bağırov mütəşəkkil dəstə tərəfindən xüsusi amansızlıqla və ya ictimai təhlükəli üsulla törədilmiş adam öldürmə maddəsi ilə təqsirləndirilir. Onun saxlanılması üçün “qırmızı bülleten”lə İnterpola müraciət edilib.

Azərbaycan məhkəmələri tərəfindən N.Bağırov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub.

Mənbə