Bakı 7˚C Sunny

Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları GÖRÜŞƏCƏK

Siyasət 14:16 24 iyn, 2022

Görüşlərdə əvvəllər əldə edilmiş razılaşmaların icrası müzakirə olunacaq

Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları GÖRÜŞƏCƏK

Rusiyanın baş prokuroru İqor Krasnov Belarusun paytaxtı Minskə səfər edib. 

Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, o, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 32-ci iclasında, eləcə də prokurorluğun yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək. 

Bu barədə jurnalistlərə Rusiya Federasiyası Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib ki, səfər çərçivəsində prokuror Krasnov Azərbaycan və Ermənistanın baş prokurorları Kamran Əliyev və Artur Davtyanla həm ikitərəfli, həm də üçtərəfli formatda görüşəcək. 

Görüşlərdə əvvəllər əldə edilmiş razılaşmaların icrası müzakirə olunacaq.