Bakı 6˚C Windy

Azərbaycan Rusiyadan kolbasa idxalını 21 % artırıb

Gündəm 10:48 24 sen, 2021

Bu, ötən ilin analoji göstəricisi ilə müqayisədə 21 % çoxdur

Azərbaycan Rusiyadan kolbasa idxalını 21 % artırıb

Azərbaycan bu ilin səkkiz ayı ərzində Rusiyadan 2,9 min ton kolbasa məmulatları idxal edib.

Qazet.az xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ilin analoji göstəricisi ilə müqayisədə 21 % çoxdur.

Qeyd edilir ki, Azərbaycan Rusiyanın kolbasa tədarük etdiyi 3 əsas bazardan biridir. Belə ki, əvvəlki yerləri müvafiq olaraq Qazaxıstan (22,1 min ton) və Ukrayna (5,5 min ton) bölüşür.