Bakı 16˚C Sunny

Azərbaycan təmsilçisi “Avroviziya 2022”də bu gün yarışacaq - VİDEO

Maraqlı 15:28 12 may, 2022

Mayın 14-də keçiriləcək

Azərbaycan təmsilçisi “Avroviziya 2022”də bu gün yarışacaq - <span style="color:red">VİDEO</span>

Bu gün İtaliyanın Turin şəhərində Avroviziya Mahnı Müsabiqəsinin ikinci yarımfinalı baş tutacaq.

Qazet.az xəbər verir ki, ölkəmizi təmsil edən müğənni Nadir Rüstəmli “Fade To Black” ifasını səsləndirəcək. O, 4 nömrə altında çıxış edəcək. 

Müsabiqənin ikinci yarımfinalında Azərbaycanla yanaşı, Gürcüstan, Finlandiya, Malta, Serbiya, San Marino, İrlandiya kimi ölkələrin təmsilçiləri də çıxış edəcəklər. Musiqi yarışması Bakı vaxtı ilə 23:00-da "İTV" kanalında canlı yayımlanacaq.

Xatırladaq ki, Avroviziya Mahnı Müsabiqəsinin finalı mayın 14-də keçiriləcək.