Azərbaycan Türkiyədən quru çay idxal edəcək
Azərbaycan16:3125 noyabr, 2021

"Azərbaycanlı qardaşlarımızla türk çayını bir araya gətirməkdən xoşbəxtik”

Azərbaycan Türkiyədən quru çay idxal edəcək
Bizi-da oxuyun

Azərbaycanın Türkiyədən quru çay idxal etməsi ilə bağlı iki ölkənin şirkətləri arasında müqavilə imzalanıb.

Qazet.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin çayçılıq müəssisələrini birləşdirən "Çaykur"un baş direktoru Yusuf Ziya Alim məlumat verib.

Onun sözlərinə görə, müqavilə Azərbaycanda 1 000-ə yaxın satış nöqtəsi olan şirkətlərdən biri ilə bağlanılıb.

"Azərbaycanlı qardaşlarımızla türk çayını bir araya gətirməkdən xoşbəxtik”, - deyə Y.Z.Alim qeyd edib.

Fikriniz