Bakı 14˚C Sunny

Azərbaycan türk dövləti ilə birgə filmlər çəkəcək

Gündəm 15:23 16 sen, 2021

Bu barədə A.Kərimov özünün rəsmi tvitter səhifəsində paylaşım edib

Azərbaycan türk dövləti ilə birgə filmlər çəkəcək

Daşkənddə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Özbəkistan Baş nazirinin müavini Əziz Əbduhakimov və mədəniyyət naziri Ozodbek Nazarbekovla görüşüb.

Qazet.az xəbər verir ki, bu barədə A.Kərimov özünün rəsmi tvitter səhifəsində paylaşım edib.

Görüşlərdə Azərbaycan və Özbəkistan xalqlarının dərin tarixi köklərlə bir-birinə bağlı olduğu vurğulanıb, birgə tarix və ənənələrimizin ölkələrimizdə və beynəlxalq səviyyədə tanıdılması, araşdırmaçılar arasında əməkdaşlıq və digər birgə layihələr müzakirə edilib.

Həmçinin iki qardaş ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Abidələrin bərpası, müştərək filmlərin çəkilməsi, şəhərlərin qardaşlaşması kimi məsələlər üzrə razılaşılaşdırılma aparılıb.