Bakı 7˚C Sunny

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

Siyasət 14:27 12 yan, 2022

Cənab H.Akar hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

Yanvarın 12-si Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Milli Müdafiə naziri cənab Hulusi Akar arasında telefon danışığı olub.

Qazet.az xəbər verir ki, cənab H.Akar Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib.
H.Akar Türkiyə Silahlı Qüvvələrinin hər zaman olduğu kimi bu gün də haqq savaşında Azərbaycanın yanında olduğunu bildirib.