Bu b arədə Qazet.az-a Müdafiə Nazirliyindən məlumat verilib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri davam edir.
Bu b arədə Qazet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimlərin növbəti mərhələsini izləmək məqsədilə aprelin 7-də təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonuna gələn Müdafiə naziri general-polkovnik Zakir Həsənov ərazidə açılmış səhra idarəetmə məntəqələrində olub, təlimin təşkili və gedişi ilə maraqlanıb. Müdafiə nazirinə bölmələrimizin sərəncamındakı taktiki-strateji səviyyədə olan ən müasir rabitə avadanlıqları təqdim edilib.
Məruzə edilib ki, təlimlərdə vahid rabitə sisteminin təşkili üzrə tapşırıqlar uğurla icra edilir. Müdafiə naziri Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Artilleriya Qoşunları və Xüsusi Təyinatlı Qüvvələrin komanda-idarəetmə məntəqələri ilə əlaqə saxlayıb, rabitənin dayanıqlığı və fasiləsizliyini yoxlayıb.
General-polkovnik Z.Həsənov Şuşa, Laçın, Kəlbəcər, həmçinin azad edilmiş digər ərazilərdə dislokasiya olunan birlik və birləşmələrin qərargahları ilə video-konfrans rejimində əlaqə saxlayıb, təlimlərin gedişi ilə bağlı müvafiq tapşırıqlar verib.
Sonra təlimin idarəetmə məntəqəsində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyənin Milli müdafiə naziri Hulusi Akar ilə birbaşa videobağlantısı baş tutub. Hər iki ölkənin müdafiə nazirləri təlim iştirakçılarına müraciət edərək onlara uğurlar arzulayıb. Videobağlantı zamanı müdafiə nazirləri rabitə qoşunlarının qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, qoşunlar arasında vahid rabitə və avtomatlaşdırılmış idarəetmə sistemlərinin təşkili, həmçinin bu sahədə birgə tədbirlərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Eyni zamanda müdafiə nazirləri Azərbaycan və Türkiyə ordularının bütün qoşun növləri arasında əməliyyat uyarlığının təkmilləşdirilməsi, birgə əməliyyat planlarının işlənilməsi, bölmələr arasında döyüş uzlaşmasının inkişaf etdirilməsi və digər fəaliyyətləri dəyərləndiriblər.
Təlimlər davam edir.
Avropada qazın spot qiyməti 254 dollara çatıb
Şahzadə Filipin ölümünün "həddən artıq işıqlandırılması" səbəbilə BBC-yə rekord sayda şikayət daxil olub
İtaliya Qran-prisinin təqvimində dəyişiklik edildi
Azərbaycan vətəndaşları 68 ölkəyə vizasız səfər edə bilərlər
Azad olunan ərazilərdə daha 137 mina aşkarlanıb
Azərbaycanda son sutkada 34 976 nəfərə vaksin vurulub
Əli Əsədov BP-nin regional prezidenti ilə görüşüb
Qanunsuz ov edənlərə qarşı tətbiq olunan cərimələr açıqlanıb
Azərbaycan gömrükçüləri 213 kiloqramdan artıq heroin aşkar edib - VİDEO
Bu il Azərbaycanda suya buraxılacaq balıqların sayı açıqlanıb
Fikriniz
- 0
- 0
- 0
- 0
- 0
- 0
- Rəy yazın
- Rəylər
- Avropada qazın spot qiyməti 254 dollara çatıb
Aİ-də qaz hasilatı keçən il təxminən 23 % azalaraq 54 milyard kubmetr təşkil edib
Gündəm17:59 13.04.2021 - Şahzadə Filipin ölümünün "həddən artıq işıqlandırılması" səbəbilə BBC-yə rekord sayda şikayət daxil olub
BBC-yə daxil olan şikayətlərin sayı 110 994-ə çatıb ki, bu da Britaniya televiziyası tarixində yeni bir rekorddur
Maraqlı17:50 13.04.2021 - İtaliya Qran-prisinin təqvimində dəyişiklik edildi
İtaliya Qran-prisi 16 - 18 apreldə İmola trasında gerçəkləşəcək
Cəmiyyət17:45 13.04.2021
Azərbaycanda karantin rejimi sərtləşdirilir? - TƏBİB-dən AÇIQLAMA
Dünən həbsdən çıxdı, bu gün evi yandırıb arvadını döydü - FOTO
Azərbaycanda karantin rejimi sərtləşdirilir - Brifinqin tarixi məlum oldu
"Əgər Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də biz İrəvana qayıtmayaq" - Prezident
Gündəm
Hamısına bax