Bakı 18˚C Mostly sunny

Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı olub

Siyasət 14:01 26 okt, 2021

Azərbaycan və Türkiyə Prezidentləri Füzuli Beynəlxalq Hava Limanının açılışını edib

Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı olub

Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub.

Qazet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.

Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.