Azərbaycan XİN Rusiyaya başsağlığı verib
Azərbaycan09:1126 noyabr, 2021

Azərbaycan XİN mədən qəzası ilə bağlı Rusiyaya başsağlığı verib

Azərbaycan XİN Rusiyaya başsağlığı verib
Bizi-da oxuyun

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Rusiyada baş vermiş faciəvi mədən qəzası ilə bağlı Rusiyaya başsağlığı verib.

Qazet.az xəbər verir ki, bu barədə Azərbaycan XİN öz Tvitter səhfəsində paylaşım edib.

“Rusiya xalqına, “Listvyajnaya” mədənində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bütün yaralıların tezliklə sağalmasını arzu edirik”.

Qeyd edək ki, Rusiyanın Kemerovo vilayətindəki “Listvyajnaya” mədənində baş vermiş qəza nəticəsində 52 nəfərin öldüyü bildirilib.

Fikriniz