Bakı 21˚C Mostly sunny

Azərbaycanda 10 rayon və şəhərə içməli su məhdudiyyətlə veriləcək

Gündəm 21:19 26 may, 2022

Azərsu açıqlama yayıb

Azərbaycanda 10 rayon və şəhərə içməli su məhdudiyyətlə veriləcək

Azərbaycanda 10 rayon və şəhərə içməli su məhdudiyyətlə veriləcək.

Bu barədə qazet.az-a "Azərsu" ASC-dən məlumat verilib.

Bildirilib ki, intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlığın kəskin artması nəticəsində Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb. Bununla əlaqədar Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Sabirabad, Saatlı şəhərlərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna, eləcə də Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.