Bakı 25˚C Sunny

Azərbaycanda avtobus kanala aşdı, sərnişin öldü

Hadisə 15:14 28 iyn, 2022

Ölümlə nəticələnən yol qəzası olub

Azərbaycanda avtobus kanala aşdı, sərnişin öldü

Qubada ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Qazet.az-a verilən məlumata görə, hadisə iyunun 27-də saat 22 radələrində rayonun Hacıhüseynli kəndi ərazisində baş verib. Qımılqışlaq kənd sakini Sərxan Əlixanov idarə etdiyi “Ford Transit” markalı avtomobili Samur-Abşeron kanalına aşırıb.

Nəticədə sürücü sudan çıxarılıb, sərnişini Rəvan Əmirov isə suda boğulub.