Bakı 7˚C Sunny

Azərbaycanda daha 359 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

Gündəm 20:56 17 yan, 2022

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 267, ötən müddət ərzində isə ümumilikdə 6 010 761 test aparılıb.

Azərbaycanda daha 359 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 359 yeni yoluxma faktı qeydə alınıb, 263 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan qazet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 626 085 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 608 777 nəfər müalicə olunaraq sağalıb, 8 529 nəfər vəfat edib, aktiv xəstə sayı 8 779 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 267, ötən müddət ərzində isə ümumilikdə 6 010 761 test aparılıb.