Bakı 13˚C Sunny

Azərbaycanda daha bir kütləvi zəhərlənmə - 8 qadın...

Cəmiyyət 17:05 04 iyl, 2022

Hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb

Azərbaycanda daha bir kütləvi zəhərlənmə - 8 qadın...

Saatlı rayonunda kütləvi zəhərlənmə olub.

TƏBİB-dən Qazet.az-a bildirilib ki, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.

Bildirilib ki, 8 qadın kimyəvi zəhərlənmə diaqnozu ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Zəhərlənmənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Qeyd edək ki, bundan öncə də Bakıda "Bolmart" marketində 28 nəfər zəhərlənib.