Bakı 16˚C Sunny

Azərbaycanda dəhşətli hadisə - Polis mayoru öldü - FOTO

Hadisə 12:29 03 mar, 2022

Hadisə ötən gün saat 21:30 radələrində baş verib

Azərbaycanda dəhşətli hadisə - Polis mayoru öldü - FOTO

Yevlaxda polis əməkdaşı xidmətdən kənar vaxtı qəzaya düşərək vəfat edib. 

Qazet.az Kriminalqafqaz-a istinadən xəbər verir ki, hadisə ötən gün saat 21:30 radələrində baş verib. 

Yevlax rayon Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Faiq Cəfərov xidmətdən kənar vaxtı özünə məxsus "Chevrolet Cruze" markalı avtomobillə hərəkətdə olarkən "KamAZ" markalı yük maşını ilə toqquşub. 

Qəza nəticəsində ağır xəsarətlər alan F. Cəfərov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

DİN Mətbuat xidmətindən məlumatı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı Yevlax rayon Polis Şöbəsində araşdırma aparılır.