Azərbaycanda əri tərəfindən döyülən qadınların sayı açıqlanıb
Azərbaycan21:5125 noyabr, 2021

 “602 sayda ailəli qadın ərləri tərəfindən döyülüb”

Azərbaycanda əri tərəfindən döyülən qadınların sayı açıqlanıb
Bizi-da oxuyun

"Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzi" Xidmətinə cari ildə 432 713 məlumat daxil olub, onlardan 7 647-si ailə münaqişəsi, məişət zorakılığı ilə bağlıdır".

Qazet.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Qadına şiddətə son" adlı "dəyirmi masa"da çıxışı zamanı deyib.

O bildirib ki, eləcə də DİN-in sosial şəbəkələrinə 100-dən çox şikayət, həmçinin KİV-lərdən, ailə-qadın cəmiyyətlərindən də 90-dan artıq müraciət daxil olub: "602 sayda ailəli qadın ərləri tərəfindən döyülüb. DİN-ə 4 052 döyülmə faktı ilə bağlı məlumat daxil olub və öz təsdiqini tapıb".

Şöbə rəisi qeyd edib ki, qadınlarla bağlı müraciətlər hüquq-mühafizə orqanları tərəfindən qeydiyyata alınmaqla müvafiq tədbirlər görülür.

Fikriniz

      Cəmiyyət

      Hamısına bax