Bakı 19˚C Sunny

Azərbaycanda ilk dəfə aşkar edilən buğa heykəlləri - FOTO

Maraqlı 18:05 18 may, 2022

Monitorinq aparılıb

Azərbaycanda ilk dəfə aşkar edilən buğa heykəlləri - FOTO

Cəlilabad və Yardımlı rayonlarında yerləşən köhnə qəbiristanlıqlarda aparılan monitorinq zamanı daş qoç və daş buğa (camış) fiqurları aşkar edilib.

Qazet.az xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, monitorinqi Dövlət Xidmətinin Salyan Regional İdarəsinin mütəxəssisləri aparıb.

“Azərbaycan ərazisində ilk dəfədir ki, daş buğa (camış) fiquru aşkar olunur”, - məlumatda deyilir.