Azərbaycanda ilk dəfə özəl ambulans xidməti fəaliyyət göstərəcək
Azərbaycan10:2226 noyabr, 2021

İstənilən ünvandan ambulans çağırışı edildikdən sonra Referans Ambulans beynəlxalq standartlara uyğun qaydada 2 dəqiqədə klinikanı tərk edir

Azərbaycanda ilk dəfə özəl ambulans xidməti fəaliyyət göstərəcək
Bizi-da oxuyun

Artıq Təcili Tibbi Yardım Xidmətini "Referans Medical Group" tərkibində fəaliyyət göstərən Referans Ambulans da göstərəcək.

Qazet.az xəbər verir ki, Referans Ambulans Azərbaycanın ilk özəl Təcili Tibbi Yardım xidmətidir və Referans Ambulansın Təcili Tibbi Yardım maşınları hər növ təcili və təxirəsalınmaz müdaxilələr üçün tibbi cihaz və avadanlıqla təchiz olunub.

Təcili Yardım Xidməti 24/7 prinsipi üzrə xidmət  göstərir. Briqada təcili yardım, reanimasiyada uzun illər çalışaraq iş təcrübəsi əldə etmiş peşəkar həkim, tibb bacısı və ilkin təcili yardım təhsili almış sürücü-paramediklərdən ibarətdir. İstənilən ünvandan ambulans çağırışı edildikdən sonra Referans Ambulans beynəlxalq standartlara uyğun qaydada 2 dəqiqədə klinikanı tərk edir.

Bildirək ki, Bakı və ətraf rayonlara, həmçinin, Azərbaycanın istənilən regionunda operativ və fasiləsiz olaraq təcili tibbi yardım göstərmək məqsədi ilə qısa müddətdə özünü çağırış yerinə çatdırır.

 Ambulanslar vasitəsilə ən ağır xəstələrin Bakıya, xəstənin seçiminə əsasən, istənilən klinikaya tibbi evakuasiyası ən yüksək səviyyədə həyata keçirilir.

Qeyd edək ki, Referans Ambulans həmçinin, təcili və təxirəsalınmaz hallarda pasiyentin Azərbaycandan digər ölkəyə daşınması məqsədilə özəl ambulans təyyarəsi və helikopter hava ambulansı xidmətləri də göstərir.

Referans Ambulans Azərbaycanın ilk özəl Təcili Tibbi Yardım xidməti:

Fikriniz

      Cəmiyyət

      Hamısına bax