Bakı 22˚C Partly sunny

Azərbaycanda koronaya yoluxanların sayı artdı

Gündəm 18:44 19 may, 2022

49 nəfər aktiv xəstə sayını təşkil edib

Azərbaycanda koronaya yoluxanların sayı artdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qazet.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 695 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 936 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib. 49 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 964, bu günə qədər isə ümumilikdə 6 865 181 test icra olunub.