Bakı 13˚C Mostly sunny

Azərbaycanda mühəndis çalışdığı idarədə öldü

Hadisə 16:25 06 dek, 2021

Faktla bağlı araşdırma aparılır

Azərbaycanda mühəndis çalışdığı idarədə öldü

Lənkəran rayonunda elektrik mühəndisi çalışdığı idarədə ölüb.

Qazet.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında “Azərişıq” ASC-nin “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsində (RETSİ) qeydə alınıb.

Belə ki, RETSİ-də mühəndisi vəzifəsində çalışan 1958-ci il təvəllüdlü Ağakişi Cahangir oğlu Xankişiyev qəflətən ölüb.

Onun insult keçirdiyi ehtimal olunur.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.