Bakı 13˚C Cloudy

Azərbaycanda narkotikə görə ifşa edilən mütəşəkkil cinayətkar dəstələrin sayı açıqlanıb

Gündəm 18:42 18 noy, 2021

4 481 nəfər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün məsuliyyətə cəlb edilib

Azərbaycanda narkotikə görə ifşa edilən mütəşəkkil cinayətkar dəstələrin sayı açıqlanıb

Bu il Azərbaycanda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 311 mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa edilib.

Qazet.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib.

O deyib ki, 2021-ci ilin 10 ayı ərzində polis əməkdaşları tərəfindən ümumilikdə 4 481 nəfər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün məsuliyyətə cəlb edilib.