Bakı 25˚C Partly sunny

Azərbaycanda qadın vəkillərin sayı açıqlanıb

Gündəm 12:54 03 mar, 2022

Son illərdə 254 qadın Vəkillər Kollegiyasına üzv olub

Azərbaycanda qadın vəkillərin sayı açıqlanıb

Azərbaycanda qadın vəkillərin sayı açıqlanıb.

Qazet.az-ın xəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, son 4 ildə VK-da qadın vəkillərin sayı 3 dəfə artıb.

O deyib ki, son illərdə 254 qadın Vəkillər Kollegiyasına üzv olub: "Hazırda 381 xanım vəkil Bakıda və regionlarda fəaliyyət göstərir. Amma biz çox istərdik ki, hazırda 18 faiz təşkil edən qadın vəkillərin sayı daha da artsın. Çünki başqa ölkələrdə qadın və kişi vəkillərin sayı bərabərdir".

A.Bağırov vurğulayıb ki, ali təhsil müəssisələrində hüquqşünas tələbələr arasında xanım və kişilərin sayı bərabərdir: "Amma sonradan bir çoxu ola bilsin müəyyən mental xüsusiyyətlərə və ya başqa səbəblərə görə işləmirlər. Nəticədə, biz böyük potensiala malik, ehtiyacımız olan xanım vəkillərdən məhrum oluruq. Mən bütün hüquqşünas xanımları işləməyə dəvət edirəm. Vəkillər Kollegiyasına üz olub, insanların hüquq və azadlıqlarını müdafiə etməyə çağırıram".