Bakı 13˚C Mostly sunny

Azərbaycanda rektor və direktor vəzifəsində işləyən qadınların sayı açıqlanıb

Gündəm 15:43 24 noy, 2021

“1345 qadın isə məktəb direktoru vəzifəsində çalışır”

Azərbaycanda rektor və direktor vəzifəsində işləyən qadınların sayı açıqlanıb

Azərbaycanda qadınların dövlət qurumlarında təmsilçiliyi ilə bağlı statistika açıqlanıb.

Qazet.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini Elgün Səfərov ölkədə 93 hakimin qadın olduğunu bildirib.

O qeyd edib ki, yerli icra hakimiyyəti başçılarının müavinlərindən 72-si qadındır: "Eyni zamanda 8 nazir müavini qadın, yerli icra başçılarından isə ikisi - Abşeron və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun icra başçıları qadındır".

"2020-2021-ci tədris ilinin əvvəlinə olan statistikaya əsasən, Azərbaycanda 8 qadın ali təhsil müəssisəsinin rektoru, 15 qadın kollec direktoru, 9 nəfər peşə təhsili müəssisələrinin direktoru, 1345 qadın isə məktəb direktoru vəzifəsində çalışır", - E.Səfərov əlavə edib.