Bakı 13˚C Cloudy

Azərbaycanda son sutkada 16 nəfər koronavirusdan vəfat etdi - FOTO

Cəmiyyət 19:51 06 dek, 2021

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib

Azərbaycanda son sutkada 16 nəfər koronavirusdan vəfat etdi - <span style="color:red">FOTO</span>

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 585 yeni yoluxma faktı qeydə alınıb, 944 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qazet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 596 973 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 565 521 nəfər müalicə olunaraq sağalıb, 7 983 nəfər vəfat edib, aktiv xəstə sayı 23 469 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 385, ötən müddət ərzində isə ümumilikdə 5 608 158 test aparılıb.