Azərbaycanda son sutkada 22 nəfər koronavirusdan ölüb - Statistika
Səhiyyə / sağlamlıq17:0010 noyabr, 2021

Azərbaycanda son sutkada 1876 nəfər COVID-19-a yoluxub, 22 nəfər ölüb

Azərbaycanda son sutkada 22 nəfər koronavirusdan ölüb - <span style="color:red">Statistika</span>
Bizi-da oxuyun

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 876 yeni yoluxma faktı qeydə alınıb, 2 248 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qazet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 552 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 513 648 nəfər müalicə olunaraq sağalıb, 7342 nəfər vəfat edib, aktiv xəstə sayı 31 332 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 615, ötən müddət ərzində isə ümumilikdə 5 309 867 test aparılıb.

Fikriniz