Bakı 14˚C Intermittent clouds

Azərbaycanda son sutkada peyvənd olunanların sayı açıqlanıb

Gündəm 19:05 02 dek, 2021

İkinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5456 nəfər təşkil edib

Azərbaycanda son sutkada peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 37 057 vaksin vurulub.

Qazet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4187, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5456 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 27 414 olub.