Bakı 10˚C Sunny

Azərbaycanda yanacağa 2 milyarda yaxın pul xərcləndi

Biznes 01:33 22 okt, 2021

2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 faiz, qeyri-ərzaq malları üzrə 3,3 faiz artıb.

Azərbaycanda yanacağa 2 milyarda yaxın pul xərcləndi

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisi avtomobil benzini və dizel yanacağına 1 milyard 821 milyon manat pul xərcləyib.

Qazet.az xəbər verir ki, ümumilikdə, 2021-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 30 milyard 350,1 milyon manatlıq, o cümlədən 16 milyard 406,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 milyard 943,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.