Azərbaycandan növbəti humanist addım: 2 nəfər erməni girov təhvil verildi
Hərbi10:2826 noyabr, 2021

Azərbaycan bu gün 2 nəfər erməni əsirin təhvil verilməsi ilə bağlı məlumat paylaşıb

Azərbaycandan növbəti humanist addım: <span style="color:red">2 nəfər erməni girov təhvil verildi</span>
Bizi-da oxuyun

Azərbaycan humanizm prinsiplərini növbəti dəfə əsas tutaraq 26 noyabrda 2 nəfər erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.

Qazet.az xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Sözügedən şəxslərdən biri 16 noyabr 2021-ci il tarixdə Ermənistanın təxribatları nəticəsində dövlət sərhədində baş vermiş döyüş əməliyyatları zamanı yaralı vəziyyətdə saxlanılan 03.03.1993-cü il təvəllüdlü Aramyan Arin Jirayeviçdir. Bu müddət ərzində Aramyan Arinə zəruri tibbi yardım göstərilərək müalicəsi təşkil edilib.

Təhvil verilmiş digər şəxs - 13.09.2000-ci il təvəllüdlü Musaelyan Mihran Ernest Ağdam rayonu istiqamətində Azərbaycan hərbi qulluqçularının xidmət etdiyi əraziyə daxil olarkən saxlanılıb.

Aparılmış ilkin araşdırmalar nəticəsində Musaelyan Mihranın mülki şəxs olduğu və yolu azaraq Azərbaycan hərbi qulluqçularının xidmət apardığı əraziyə daxil olduğu müəyyən edilib.

Fikriniz