Bakı 15˚C Windy

“Azərbaycanfilm”in Avropa Film Akademiyasına üzv şəxslər barədə AÇIQLAMASI

Gündəm 16:49 17 may, 2022

Açıqlamada bildirilir

“Azərbaycanfilm”in Avropa Film Akademiyasına üzv şəxslər barədə <span style="color:red">AÇIQLAMASI</span>

“Kinooperator Kənan Məmmədov 2010-cu ildə Avropa Film Akademiyasının üzvlüyünə qəbul edilib. Digər 12 kinematoqrafçı isə 2022-ci ildən Akademiyanın üzvüdürlər”.

Qazet.az xəbər verir ki, bu barədə “Azərbaycanfilm”in açıqlamasında bildirilib.

Qeyd olunub ki, hazırda Avropa Film Akademiyasının Azərbaycandan 13 üzvü var: "Kinooperator Kənan Məmmədov 2010-cu ildə bu qurumun üzvlüyünə qəbul edilib. Digər 12 kinematoqrafçı isə 2022-ci ildən Akademiyanın üzvüdürlər. Bunlar kinooperator Rafiq Quliyev, kinoşünas Ayaz Salayev, kinorejissorlar Vaqif Mustafayev, Hüseyn Mehdiyev, İlqar Nəcəf, Rüfət Həsənov, Asif Rüstəmov, Elvin Adıgözəl, rejissor-prodüser Orman Əliyev, rejissor Teymur Hacıyev və prodüser İradə Bağırzadədir".
Qeyd edək ki, Akademiyaya üzvlük 52 ölkə kinematoqrafçıları üçün açıqdır. Bu siyahıda Azərbaycanın da adı var.
(APA)