Bakı 7˚C Sunny

Azərbaycanın 2 güləşçisi ermənilərə qalib gələrək finala yüksəlib

İdman 21:07 17 iyn, 2022

Güləşçilərimiz uğur qazanıb 

Azərbaycanın 2 güləşçisi ermənilərə qalib gələrək finala yüksəlib

Azərbaycanın 2 sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatının yarımfinalında erməni rəqiblərinə qalib gəliblər.

Qazet.az-ın məlumatına görə, 48 kq-da Vasif Bağırov Saşa Petrosyanı 5:0, 55 kq-da yer alan Camal Abbasov isə Artavazd Harutyunyanı 10:2 hesabı ilə məğlub edərək finala yüksəliblər.

Qeyd edək ki, bu gün həmçinin 65 kq-da İlyas İsayev, 80 kq-da Şəmistan Axundov və 110 kq-da Yusif Dursunov yarımfinal görüşlərinə çıxacaqlar. Onlar finala gedən yolda müvafiq olaraq, türkiyəli Fatih Acar, macarıstanlı Peter Şombor Şivnovski və fransalı Levan Laqvilava ilə üz-üzə gələcəklər.