Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb
Dekabrın 6-9-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərrac təşkil edəcək.
Qazet.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, dekabrın 6-da keçiriləcək hərraca Xızı rayonunda “Sitalçay” qum-çınqıl yatağının 87,1 hektar sahəsi, “Yeni Yaşma I” qum yatağının 5.5 hektar sahəsi, Ağsu rayonunda “Sulutçay” qum-çınqıl yatağının 20 hektar sahəsi çıxarılacaq. Göygöl rayonunda “Üçtəpə-Qızılqaya” qranit yatağının 2.14 hektar sahəsi, Salyan rayonunda “Salyan” gil yatağının 5 hektar sahəsi də bu tarixdə hərraca çıxarılan faydalı qazıntı yataqlarına aiddir.
Dekabrın 9-da təşkil ediləcək hərraca Hacıqabul rayonunda “Atbulaq-1” sement xammalı yatağının 5 hektar sahəsi, Qaradağ rayonunda “Çənlibel” mişar daşı yatağının 7 hektar sahəsi, “Karvansaray” mişar daşı yatağının 8 hektar sahəsi, Şəmkir rayonunda “Şəmkir qranodiorit” qranodiorit yatağının 5,1 hektar sahəsi çıxarılacaq.
Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 6 dekabr hərracı üçün 29 noyabr, 9 dekabr hərracı üçün 2 dekabr tarixlərində saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.
Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxsləri iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.
Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/3C5nycI, https://bit.ly/3kqA3d3) və Özəlləşdirmə portalında (https://bit.ly/39KD5mP) tanış olmaq mümkündür.
Podolyak ərazilərin fəda edilməsi barədə: “Bunu artıq qəlbən uduzmuş “luzer” deyir” - FOTO
"Qarabağ"ın futbolçusu: "Çempionluq yolumuz çox ağır oldu"
ABŞ-da türkdilli xalqların ictimai fəalları izdihamlı yürüş keçirib
İrandan Livana silah daşıyan şəxs İFŞA OLUNDU: Onun Qasım Süleymani ilə əlaqəsi nə idi? - VİDEO
Sərhədi pozmağa cəhd göstərənlər tutuldu
Yara sarğısında narkotik keçirmək istədi: YAXALANDI
Kreml minə yaxın amerikalıya qadağa qoydu: Co Bayden və Morqan Friman da siyahıya düşdü
Tahir Gözəl: "Qarabağ"ın oyunu mənə ləzzət edir"
"Qarabağ"ın şəhid azarkeşinin medalı atasına verilib
ABŞ və Ukrayna müdafiə nazirləri Kiyevin hərbi ehtiyaclarını müzakirə edib
Fikriniz
- Rəy yazın
- Rəylər
- Podolyak ərazilərin fəda edilməsi barədə: “Bunu artıq qəlbən uduzmuş “luzer” deyir” - FOTO
Bizim başqa ölkəmiz yoxdur, nə üçün mübarizə apardığımızı bilirik
Dünya00:34 22.05.2022 - "Qarabağ"ın futbolçusu: "Çempionluq yolumuz çox ağır oldu"
21 yaşlı yarımmüdafiəçi bildirib ki, bütün komandalar özlərinə görə mübarizə apardılar
Futbol00:12 22.05.2022 - ABŞ-da türkdilli xalqların ictimai fəalları izdihamlı yürüş keçirib
Azərbaycan icması da yürüşə xüsusi bəzədilmiş avtomobil karvanı ilə qatılıb
Gündəm00:09 22.05.2022
Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO
Ordumuz Ağdərədə seperatçılarla TOQQUŞDU: 13 post alındı / VİDEO
Metrodan istifadə edənlər üçün ŞAD XƏBƏR
SON DƏQİQƏ! Ermənilər Qarabağa gedən yük maşınlarını geri qaytardı
Gündəm
Hamısına bax- ABŞ-da türkdilli xalqların ictimai fəalları izdihamlı yürüş keçirib
Azərbaycan icması da yürüşə xüsusi bəzədilmiş avtomobil karvanı ilə qatılıb
Gündəm00:09 22.05.2022 - İrandan Livana silah daşıyan şəxs İFŞA OLUNDU: Onun Qasım Süleymani ilə əlaqəsi nə idi? - VİDEO
Bu barədə “Azad İran” “YouTube” kanalı məlumat verib
Dünya23:55 21.05.2022