Bakı 13˚C Sunny

Azərbaycanın karate komandası dünya üçüncüsü olub

İdman 22:55 21 noy, 2021

Rəqibinə 3:2 hesabı ilə qalib gələn yığma fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Azərbaycanın karate komandası dünya üçüncüsü olub

Azərbaycanın kumite üzrə komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.

Qazet.az-ın məlumatına görə, Rafael Ağayev, Turqut Həsənov, Rafiz Həsənov və Tural Ələkbərlidən ibarət kollektiv Özbəkistanla qarşılaşıb.

Rəqibinə 3:2 hesabı ilə qalib gələn yığma fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Qeyd edək ki, dünya çempionatında daha əvvəl İrina Zaretska (68 kq) qızıl, Asiman Qurbanlı (+84 kq) isə bürünc medal qazanıb.