Bakı 23˚C Mostly sunny

Azərbaycanla bağlı planlarımız var - Bayraqdar

Gündəm 21:45 25 may, 2022

“Şənbə günü Türkiyə və Azərbaycan prezidentləri, Nobel mükfataçısı Əziz Səncər finalçılara mükafatlarını təqdim edəcəklər.”

Azərbaycanla bağlı planlarımız var - Bayraqdar

Qarabağ müharibəsi ilə türk orduları dünyada PUA-larla qələbə qazanılmış ilk müharibəyə imza atdı. Bununla içimizdə qanayan yara sonlandı.

Qazet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Baykar" şirkətinin texnoloji lideri, T3 Vəqfi qəyyumlar şurasının sədri Səlcuq Bayraqdar deyib.

Onun sözlərinə görə, qardaş ölkələrin birliyini gücləndirmək, texnologiyanı birlikdə inkişaf etdirmək səbəbilə TEKNOFEST-in Azərbaycanda keçirilməsinə qərar verilib:

"Şənbə günü Türkiyə və Azərbaycan prezidentləri, Nobel mükfataçısı Əziz Səncər finalçılara mükafatlarını təqdim edəcəklər.

"Baykar" olaraq işlərimiz davam edir. Mən özüm də startapları bəyənirəm. "Baykar" olaraq Azərbaycanda texnologiyanın inkişaf etdirilməsi üçün hədəflərimiz var. Bunu yaxın zamanda həyata keçirməyi düşünürük. "Akıncı" və "TB2"nin yüksək texnoloji tərəfləri ilə bağlı inkişaf etdirdiyimiz məsələlər var.

Bu festivallar insan qabiliyyətininin üzə çıxmasına vəsilə olacaq. İnsanlarımız, istedadlarımız xaricdə yox, ölkələrinin texnologiyasını inkişaf etdirib, öz PUA-larını yaradacaqlar.

Futbola verdiyimiz dəyər qədər texnologiyanın inkişafına da xüsusi diqqət yetirməliyik ki, ölkəmiz bu sahələrdə müstəqil olsun".