Azərbaycanlı jurnalistlər “Təhlükəsiz turizm” proqramı çərçivəsində Türkiyəyə səfər ediblər
Eksklüziv23:4715 fevral, 2021

Azərbaycanlı jurnalistlər səfər çərçivəsində İstanbulla yanaşı paytaxt Ankara və İzmir şəhərlərində də olacaqlar

title
Bizi-da oxuyun

Azərbaycanlı jurnalistlər Türkiyə Cumhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə “Safe Tourism” proqramı çərçivəsində Türkiyədə səfərdədir.

Qazet.az xəbər verir ki, jurnalistlər bir həftə ərzində “Safe Tourism” proqramı ilə yaxından tanış olacaqlar.

Jurnalistlər ilk olaraq, Türkiyənin ən böyük şəhəri olan İstanbulda olub. Səfər əsnasında Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərkibində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyi
“Safe Tourism” proqramının təqdimatı ilə əlaqədar toplantı keçirib.

Bildirilib ki, COVİD-19 epidemiyasına qarşı Türkiyədə görülən qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat verilib.

Türkiyə hökuməti bu sahədə proqramların icrasına ötən ilin birinci yarısından, daha dəqiq, 4 may tarixindən başlayıb. 2020-ci ilin aprel ayından başalayaraq, Türkiyənin Turizm və Mədəniyyət, Xarici İşlər, Səhiyyə, Daxili İşlər və digər nazirliklərinin birgə iştirakı ilə, turzim sektorunun pandemiya dövrünün tələblərinə uyğun fəaliyyət proqramı hazırlanıb.

Həmin proqramlar artıq bir ilə yaxındır ki, icra olunur. Bu məqsədlə ölkəyə gələn turistlərin sağlamlığının və təhlükəsiziliyinin təmin edilməsi üçün ciddi tədbirlər görülüb. Ölkədə fəaliyyət göstərən otellər, turistik məkanlar pandemiya şəraitinin tələblərinə uyğun formada qurulub. Məhz görülən tədbirlərin nəticəsi olaraq, Türkiyəyə pandemiya dönəmində 16 milyon turist səfər edib.

Qeyd edək ki, azərbaycanlı jurnalistlər səfər çərçivəsində İstanbulla yanaşı paytaxt Ankara və İzmir şəhərlərində də olacaqlar.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0

Eksklüziv

Hamısına bax