Bakı 13˚C Mostly sunny

Azərbaycanlı musiqiçi vəfat etdi - FOTO

Maraqlı 12:39 03 yan, 2022

Gənc musiqiçi Tohid Novruzi bu gün Təbrizdə vəfat edib

Azərbaycanlı musiqiçi vəfat etdi - FOTO

Güney azərbaycanlı, gənc musiqiçi Tohid Novruzi bu gün Təbrizdə vəfat edib.

Qazet.az xəbər verir ki, o, Azərbaycan Milli Konservatoriyasının tələbəsi olan Tohid Novruzi ürəktutmasından dünyasını dəyişib.

Tohid Novruzi bir çox milli ruhlu mahnıların bəstəkarı və ifaçısı idi. Mərhum Təbriz şəhərinin “Vadi rəhmət” qəbiristanlığında incəsənət xadimləri bölməsində dəfn olunub.