Bakı 10˚C Intermittent clouds

Bakı Dövlət Universitetində dekan və kafedra müdiri seçkiləri keçiriləcək

Gündəm 11:12 01 dek, 2021

BDU-da dekan və kafedra müdiri vəzifələrini tutmaq üçün müsabiqə elan olunub

Bakı Dövlət Universitetində dekan və kafedra müdiri seçkiləri keçiriləcək

Bakı Dövlət Universitetində uzun müddətdir ki, 13 fakültədə və bir sıra kafedralarda boş olan
dekan və kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqə elan edilib.
Qazet.az xəbər verir ki, müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları"na uyğun olaraq elan olunduğu gündən 1 ay müddətində qəbul edilir. Vakansiyaya çıxarılan vəzifələr aşağıdakılardan ibarətdir:

I. Dekan vəzifəsini tutmaq üçün:
Mexanika-riyaziyyat fakültəsi
Fizika fakültəsi
Geologiya fakültəsi
Tarix fakültəsi
Filologiya fakültəsi
Sosial elmlər və psixologiya fakültəsi
Kitabxanaçılıq-informasiya fakültəsi
Biologiya fakültəsi
II. Kafedra müdiri vəzifəsini tutmaq üçün:
Nəzəri fizika kafedrası
Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrası
Astrofizika kafedrası
Fiziki elektronika kafedrası
Yarımkeçiricilər fizikası kafedrası
Bərk cisimlər fizikası kafedrası
Optika və mоlекulyar fizika kafedrası
Ümumi və tarixi geologiya kafedrası
Seysmologiya və Yer təkinin fizikası kafedrası
Hidrogeologiya və mühəndis geologiyası kafedrası
Botanika və bitki fiziologiyası kafedrası
Biofizika və biokimya kafedrası
Molekulyar biologiya və biotexnologiyalar kafedrası
Zoologiya və fiziologiya kafedrası
Rus dili kafedrası (humanitar fakültələr üzrə)
Аzərbaycan şifahi хаlq ədəbiyyatı kafedrası
Rus dilçiliyi kafedrası
Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrası
Psixologiya kafedrası
Sosial və pedaqoji psixologiya kafedrası
Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrası
Qədim dünya və оrta əsrlər tаrixi kafedrası
Slavyan ölkələri tarixi kafedrası
Asiya və Afrika ölkələri tarixi kafedrası
Аli riyaziyyat kafedrası
Riyaziyyat və onun тədrisi меtоdikası kafedrası
Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası
Riyazi analiz kafedrası
Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrası