Bakı 14˚C Sunny

Bakı razı olmadı, yeni rus komandan təyin edildi

Gündəm 14:01 25 sen, 2021

Rusiyanın Qarabağdakı sülhməramlılarına yeni komandan təyin olunacaq

Bakı razı olmadı, yeni rus komandan təyin edildi

Rusiyanın Qarabağdakı sülhməramlılarına yeni komandan təyin olunacaq.

Qazet.az xəbər verir ki, bu məlumatı “Sputnik Ermənistan” yayıb. Məlumata görə, yeni komandan general-leytenant Gennadi Anaşkin olacaq. Onun təyinatı bu gün elan olunacaq.

Qeyd edək ki, Anaşkin 1968-ci ildə Kuybışev şəhərində anadan olub. O, keçmiş Yuqoslaviyada, Çeçenistan və Gürcüstan-Rusiya müharibəsində iştirak edib.

6 sentyabrda Rüstəm Muradovun yerinə sülhməramlılara rəhbər kimi general-mayor Mixail Kosobokov gətirilib. İddiaya görə, bu təyinatdan Bakı razı deyil.

***

Hazırda Ermənistan Müdafiə Nazirliyinin binasında Rusiya MN-in nümayəndə heyətilə görüş keçirilir.

Bu barədə erməni mediası məlumat yayıb.

Görüş əsnasında rus sülhməramlılarının yeni komandanı, general-leytenant Gennadi Anaşkin də təqdim edilib.

M.Kosobokovun isə daha yüksək vəzifəyə təyin olunacağı bildirilib.(axar.az)