Bakı 24˚C Sunny

Bakı sakininin bank hesabından pul oğurlanıb

Gündəm 14:28 06 dek, 2021

Əvvəllər məhkum olunmuş N.Nağıyev müəyyən edilərək tutulub

Bakı sakininin bank hesabından pul oğurlanıb

Bakı şəhər sakininin bank hesabından pul oğurlayan şəxs saxlanılıb.

Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə noyabrın 5-də paytaxt sakini Y.Hacıməmmədovanın bank hesabından 785 manat pulunun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş N.Nağıyev müəyyən edilərək tutulub.