Bakı 13˚C Sunny

Bakı Şəhəri Məktəb Lisey Kompleksi koronavirusa görə bağlandı

Cəmiyyət 13:24 12 noy, 2021

Əyani tədris prosesi 14 gün müddətində distant tədrislə əvəz olunub

Bakı Şəhəri Məktəb Lisey Kompleksi koronavirusa görə bağlandı

Bakıda COVID-19 infeksiyası səbəbi ilə məktəb-lisey fəaliyyətini distant təhsil formasında davam etdirəcək.

Qazet.az xəbər verir ki, Bakı Şəhəri Nərimanov rayonu Gigiyena Epidemioloji Mərkəzi təhsil ocağında tədrisin məsafədən davam etməsini məqsədəuyğun hesab edib.

Nəticədə Bakı Şəhəri Məktəb Lisey Kompleksində əyani tədris prosesi 14 gün müddətində distant tədrislə əvəz olunub.