Bakı 15˚C Windy

Bakı və İrəvan arasında saziş imzalanıb?

Siyasət 18:59 24 mar, 2022

“Bu cür müqavilələr müxtəlif beynəlxalq və ölkədaxili prosedurlardan keçir, ratifikasiya olunur, hətta yeri gələndə referendum keçirilir”

Bakı və İrəvan arasında saziş imzalanıb?

Bugünə olan məlumata görə, Ermənistan və Azərbaycan arasında hər hansı sənəd müzakirə edilmir.

Qazet.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentindəki mətbuat konfransında Mülki Müqavilə Partiyasından olan deputat Vladimir Vardanyan deyib.

O bildirib ki, hazırkı vəziyyətdə beynəlxalq müqavilədən söhbət gedir, belə bir sazişi isə gizlətmək mümkün deyil:

“Bu cür müqavilələr müxtəlif beynəlxalq və ölkədaxili prosedurlardan keçir, ratifikasiya olunur, hətta yeri gələndə referendum keçirilir”.

O xatırladıb ki, 1945-ci ildən sonra beynəlxalq hüquqda faktiki olaraq gizli razılıq və sazişlər qadağan edilib.

mənbə