Bakı 15˚C Mostly sunny

Bakı və Naxçıvanda rezidenturaya qəbul imtahanının I mərhələsi keçiriləcək

Cəmiyyət 14:31 08 may, 2022

İmtahana buraxılış vərəqəsini çap etmək üçün linkə daxil olmaq lazımdır

Bakı və Naxçıvanda rezidenturaya qəbul imtahanının I mərhələsi keçiriləcək

Rezidenturaya qəbul imtahanının I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) 1-ci cəhdi mayın 15-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Bu barədə Qazet.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahana buraxılış vərəqəsini çap etmək üçün linkə daxil olmaq lazımdır.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.