Bakı 14˚C Sunny

Bakıda 14 kq-a yaxın narkotiklə tutulan şəxsə 9 il həbs cəzası verilib

Hadisə 19:01 26 yan, 2022

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan olunub

Bakıda 14 kq-a yaxın narkotiklə tutulan şəxsə 9 il həbs cəzası verilib

Bakıda narkotik vasitənin qanunsuz dövriyyəsində təqsirləndirilən Məlik Əliyevə hökm oxunub və o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qazet.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, M.Əliyev 2021-ci ilin sentyabr ayında Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Mərdəkan qəsəbəsi ərazisində saxlanılıb.

Onun üzərindən 2 qrama yaxın heroin, yaşadığı evdən isə 13 kiloqram 452 qram marixuana aşkar edilib.

M.Əliyev ilkin ifadəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu və evindən aşkar edilən marixuananı əkdiyi çətənə kollarını qurudandan sonra əldə etdiyini bildirib.

İstintaq orqanı tərəfindən Q.Əlizadənin barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Mənbə