Bakı 13˚C Cloudy

Bakıda 20 yaşlı oğlan bıçaqlanıb

Hadisə 12:16 04 fev, 2022

 2002-ci il təvəllüdlü İsfəndiyar Salmanov qarın nahiyəsindən bıçaq xəsarəti alıb

Bakıda 20 yaşlı oğlan bıçaqlanıb

Bakıda 20 yaşlı oğlan bıçaqlanıb.

Qazet.az xəbər verir ki, hadisə fevralın 3-ü saat 01 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü İsfəndiyar Salmanov qarın nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2002-ci il təvəllüdlü Elnur Mirzəyev olması müəyyən edilib.

Faktla bağlı Suraxanı RPİ-də Cinayət Məclləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.