Bakıda anası narkotikə görə həbs edilən yeniyetmə sığınacağa yerləşdirilib
Cəmiyyət17:0414 yanvar, 2022

Hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb

Bakıda anası narkotikə görə həbs edilən yeniyetmə sığınacağa yerləşdirilib
Bizi-da oxuyun

Bakıda anası narkotikə görə həbs edilən yeniyetmə oğlan sığınacağa yerləşdirilib.

Qazet.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü N.M (ad, soyadı şərti) bir neçə gün əvvəl Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən küçədə aşkarlanıb.

Araşdırma zamanı məlum olub ki, yeniyetmənin anası narkotikə görə həbs edilib, atası isə yoxdur. O, anasının əvvəllər qeyri-rəsmi yaşadığı şəxsin yanında qalıb.

Polis tərəfindən tibbi müayinədən keçərkən onun bədənində yaralar olduğu üzə çıxıb.

Müayinədən sonra sığınacağa yerləşdirilən yeniyetmənin müalicəsi orada davam etdirilir.

Fikriniz