Bakı 9˚C Sunny

Bakıda avtomobil qadını vuraraq xəsarət yetirib

Hadisə 11:21 22 okt, 2021

Faktla bağlı araşdırma aparılır

Bakıda avtomobil qadını vuraraq xəsarət yetirib

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qazet.az-ın məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Məmmədli Vəfa Xanlar qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.