Bakı 16˚C Partly sunny

Bakıda Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib

Cəmiyyət 16:36 02 dek, 2021

Tədbir dekabrın 3-ü saat 19:00-da Hyatt Regency otelində baş tutacaq

Bakıda Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib

Bakıda Almaniya və Fransa səfirliklərinin birgə sponsorluğu ilə Beynəlxalq Əlillər Günü münasibətilə “fashion show” keçiriləcək.

Qazet.az xəbər verir ki, tədbirdən öncə jurnalistlər qarşısında mətbuat konfransı keçirilib. Konfransa həm Fransa səfiri Zakari Qros həm də Almaniya səfiri Volfqanq Maniq qatılıb və öz fikirlərini bildirib. Startapın yaradıcısı “Kekalove Adaptive”-dir. Konfransda bildirildi ki, tədbirin məqsədi əlilliyi olan şəxslərin ehtiyaclarını nəzərə alan xüsusi geyim dizaynlarını, adaptiv geyimləri nümayiş etdirməkdir. 

Konfransda ilk olaraq "Kekalove Adaptive" startapının qurucusu Məhəmməd Kekalov söz alıb. O bildirib ki, sosial biznesin məqsədi əlilliyi olan şəxslər üçün rahat və dəbli geyimlər hazırlamaqdır. Bu tədbir startapın bu qəbildən olan sayca ikincisidir. 

Fransa səfiri Zakari Qros açıqlaması zamanı bildirib ki, Fransa dövləti digər ölkələr kimi əlilliyi olan insanların gündəlik həyata uyğunlaşması üçün bir çox layihələr hazırlayır. 

“Fransa olaraq əlilliyi olan şəxslərin iş bazarına çıxışı, işləmək imkanları, əyləncə tədbirlərində iştirak etmək imkanları və ona görə moda sənayesi tərəfindən əlilliyi olan insanlara kömək bizim üçün vacib hadisədir. Bu nəinki insanlıq borcu həmçinin bütün cəmiyyətlərin yerinə yetirməsinin vacib olduğu bir mövzudur. Çünki əhalinin hardasa 15 faizi hər hansı bir vəziyyətdə əlilliyi olan insanlardan ibarətdir. Bu həm də ona görə vacibdir ki, biz əlilliyi olan insanlara baxış bucağımızı dəyişə bilək. Ona görə də Məhəmməd Kekalov və onun komandasının təklif etdiyi bu moda nümayişi bizim əlil insanlara və onların gündəlik yaşantısına olan baxışımızı dəyişir”, deyə Zakari Qros bildirib.

Almaniya səfiri Volfqanq Maniq də “fashion show” barəsində öz fikirlərini paylaşıb. Onun sözlərinə görə, Alman səfirliyinə belə bir layihə təqdim olunan zaman, layihəni və onun məqsədini böyük rəğbətlə qarşılayıb.

“Biz son illərdə tikilən evləri, binaları, ticarət mərkəzlərini müşahidə etdikdə görürük ki, insanların əlil olduqlarına görə bu tip yerlərdən istifadə etmələri məhdudiyyətlər yaratmır. Bu binaların tikilişi özləri insanları əlil vəziyyətə salır. Kim ki əlil arabasında oturur o evindən çıxa bilir ancaq metroya enə bilmir. Biz nümunə üçün Asan xidmətin idarələrindən bəhs edə bilərik. Hansı ki, onların gözəl binaları var amma əlilliyi olan şəxslər üçün orada heç bir şərait yaradılmayıb”, - deyə Volfqanq Maniq vurğulayıb.

Xatırladaq ki, tədbir dekabrın 3-ü saat 19:00-da Hyatt Regency otelində baş tutacaq. Biletləri kekalove.com/tickets adresindən əldə etmək mümkündür.

Paşa Bayramov