Bakı 16˚C Partly sunny

Bakıda Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir - FOTO

Maraqlı 15:35 26 may, 2022

Festivalda nəşriyyatlar çap etdikləri kitabları nümayş etdirəcək

Bakıda Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir - <span style="color:red">FOTO</span>

Bu gün Bakıda Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayıb.

Qazet.az xəbər verir ki, Beynəlxalq Türk Müəllifləri Birliyinin (BEYTÜM) təşkilatçılığı ilə keçirilən festival  Bakı Dövlət Universitetinin həyətində - açıq havada reallaşır. Türksoylu ölkələrdən tanınmış alimlərin, qələm adamlarının qatıldığı tədbirin birinci günü Şuşa Günü, ikinci günü Türk Dünyası Günü, üçüncü günü isə Dədə Qorqud Günü adlandırılıb.

Tədbir BEYTÜM-ün təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyinin, Milli Məclisin Mədəniyyət Komitəsinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Beynəlxalq Türk Akademiyasının, TÜRKSOY-un, TÜRKPA-nın, Yunus Əmrə İnstitutunun, İLESAM-ın, Bakı Dövlət Universitetinin və Azərbaycan Yaradıcılıq Fondunun təşkilati dəstəyi ilə keçirilir.

Festivalda nəşriyyatlar çap etdikləri kitabları nümayş etdirəcək, milli rəqslər, muğam konserti, tanınmış müğənnilərin çıxışları olacaq.

Festival türk dünyasının böyük mütəfəkkirləri Nizaminin, Yunus Əmrənin, Əlişir Nəvainin, Məhdimqulu Firakinin, Tüğölbay Sıdıkbekovun və Abayın xatirəsinə həsr edilib. Festivalda türksoylu ölkələrin alimləri yuxarıda adları qeyd edilmiş ədiblərlə bağlı məruzələrlə çıxış edəcəklər.

Tədbir çərçivəsində, həmçinin M.Ə.Sabirin, Həsən bəy Zərdabinin, Əhməd Cavadın, Xurşidbanu Natəvanın, Hüseyn Cavidin, Əhməd Baydursunlunun, M.F.Axundzadənin, Ömər Faiq Nemanzadənin yubiley tədbirləri keçiriləcək.

Festivalda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Beynəlxalq Türk Akademiyasının, TÜRKSOY-un, Azərbaycan Yazıçılar Birliyinin nəşr etdiyi kitabların təqdimatları da nəzərdə tutulub.

Qeyd edək ki, Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının növbəti ili Türkiyədə təşkil ediləcək.
/Bakıvaxtı/